SON XƏBƏRLƏR

Obamanın İran siyasəti müzakirə edildi

2021.10.20, 07:36
Obamanın İran siyasəti müzakirə edildi

Gunaz.tv
Amerikalı ekspert, beynəlxalq siyasət məsələləri üzrə Sakit okean Şurasının sədri Cerald Qrin Azərbaycan prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzində "ABŞ prezidenti Barak Obamanın İran siyasəti" mövzusunda çıxış edib. APA-nın xəbərinə görə, ekspert indiki administrasiyanın əvvəlkindən fərqləndiyini və məsələyə daha fəlsəfi yanaşdığını deyib. O, B. Obamanın şərq aləmi ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, prezidentin Misirin Qahirə Universitetindəki çıxışının buna misal olduğunu söyləyib: "Hesab edirəm ki, Obama İranla münasibətləri düzəltmək niyyətində səmimidir. Hər şey İranın iradəsindən asılıdır. İran doğrudan da ABŞ-la əməkdaşlıq etmək istəyirsə, bu, baş tutacaq". C. Qrin İranın nüvə proqramının ABŞ-da narahatlıq yaratdığını da xatırladıb: "İran proqramın alternativ enerji mənbələri yaratmaq məqsədi güddüyünü bəyan etsə də, ABŞ və Avropanın narahatlığı davam edir". Qeyd edək ki, tədbirdə diplomatlar, yerli ekspertlər və politoloqlar iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar