SON XƏBƏRLƏR

Nobel Fondu İran səfirinin Nobel Sülh Mükafatı mərasiminə dəvətini geri götürüb

2022.10.29, 05:52
Nobel Fondu İran səfirinin Nobel Sülh Mükafatı mərasiminə dəvətini geri götürüb

Gunaz.tv

Qurum qərarını “İrandakı vəziyyətin ciddi və pisləşməsi” ilə əsaslandırıb.

“Biz hesab edirik ki, İranda ciddi və pisləşən vəziyyətə görə, bu ölkənin səfiri Nobel mükafatı mərasiminə dəvət edilməməlidir”- deyə, Nobel Fondunun bəyanatında bildirilib.

Son günlərdə bir çox isveçli İran xalqlarının İslam Respublikasına qarşı ümumölkə qiyamına dəstək olaraq, İran səfirinin Nobel mükafatı mərasiminə dəvət olunmasına etiraz edib və onun ləğvi üçün kampaniyalar təşkil ediblər.

Bundan əvvəl Ukraynaya qarşı müharibəyə görə Rusiya və Belarus səfirlərinin də Nobel mükafatı mərasimində iştirakına qadağa qoyulmuşdu.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar