Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi yaydığı bəyanatda məlumat yayıb.
Bildirilir ki, telefon danışığında İranın dünya gücləri ilə Vyanada aparılan və yarımçıq qalmış nüvə danışıqları, İranın danışıqlardan boyun qaçırması, eləcə də 2015-ci ildə imzalanmış nüvə razılaşmasının yenidən canlandırılması üçün aparılan səylər barədə müzakirə aparılıb, fikir mübadiləsi edilib.
Telefon danışığında həmçinin Bəhreyn də daxil olmaqla region ölkələrinin, İranın nüvə və raket proqramlarından narahat olduqları vurğulanaraq, bu nigaranlıqların aradan qaldırılması xüsusunda fikir mübadiləsi aparılıb.
Telefon danışığının detalları mediaya açıqlanmayıb.
A.M