SON XƏBƏRLƏR

Opek Fondu İrana koronavirusla mübarizə üçün 500 min dollar həcmində yardım edib

2021.10.20, 07:36
Opek Fondu İrana koronavirusla mübarizə üçün 500 min dollar həcmində yardım edib

Gunaz.tv

GünAz TV: OPEK Beynəlxalq İnkişaf Fondu koronavirus infeksiyası ilə mübarizə üçün İrana 500 min dollar həcmində maddi yardım göstərib.

 

Bu barədə məlumat yayan İranın İqtisadiyyat və Maliyyə Nazirliyi Fondun həmin vəsaiti təcili ehtiyac duyulan xəstəxana avadanlıqlarının alınması və paylanması üçün ayırdığını bildirib.

 

Nazirliyin Koronavirusla Mübarizə Qərargahının Məlumat Komitəsinin yaydığı xəbərə əsasən, OPEK Fondu vəsaiti qeyd edilən tibbi ləvazimatların təcili olaraq alınıb İrana verilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına köçürüb.

 

Xatırladaq ki, bir neçə gün əvvəl İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 5 milyard dollar kredit almaq üçün Beynəlxalq Valyuta Fondunda rəsmi qaydada müraciət etdikləri barədə xəbər yaymışdı. BVF hələ ki, rəsmi Tehrana bir cavab verməsə də, koronavirus səbəbindən bu günə qədər onlara 82 ölkdən kredit müraciətinin daxil olduğunu bəyan edib.

 

BFV həmçinin qeyd edib ki, dünya ölkələrinə koronavirusla mübarizə aparmaq üçün yetərli qədər maliyyə imkanlarının olması üçün ümumilikdə 50 milyard dollar dəyərində kredit verməyi planlaşdırır.

 

Bu istiqamətdə Dünya Bankı da 12 milyard dollar ayırdığını elan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar