SON XƏBƏRLƏR

Xoy, Urmu və Salmas şəhərlərində torpaq çökməsi təhlükəli həddə çatıb

2021.10.20, 12:09
Xoy, Urmu və Salmas şəhərlərində torpaq çökməsi təhlükəli həddə çatıb

Gunaz.tv

Bu barədə İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi mətbuata verdiyi müsahibədə bildirib.

“Geoloji tədqiqatlar sahəsində "yerin gizli ölümü" adlandırılan torpaq çökməsi  nəticəsində Qərbi Azərbaycan əyalətinin 3 düzənliyinin şəhər və şəhərətrafı infrastrukturu, yolları və digər infrastrukturunu təhlükə altına salıb”-deyə, Sərtipi xəbərdarlıq edib.

آذربایجان غربی مدفن نیم درصد از طلای جهان است - وب سایت خبری تحلیلی آوای مرز

O, deyib ki, Qərbi Azərbaycanda baş verən torpaq çökməsinin əsas səbəbi insan amilidir.

"Hazırda adı çəkilən bölgələrdə illik çökmə səviyyəsi 3-7 santimetr arasındadır"-deyə, o, bildirib. 

Əbdülhəmid Sərtipi yeraltı su qaynaqlarından qaydasız istifadənin torpaq çökməsində əhəmiyyətli rol oynadığını söyləyib.

Xoy mahalının fərmandarı Hüseyn Abbası bildirib ki, tədqiqatçıların dediyinə görə hal-hazırda Xoy düzünün 140 kvadrat kilometrə sahəsi torpaq çökməsi təhlükəsi ilə qarşılaşıb.

حسین عباسی گزنق به سمت فرماندار ویژه شهرستان خوی منصوب شد ⋆ پایگاه خبری  تحلیلی "خبـر خـوی"

Fərmandarın fikirincə, təhlükəni önləmək üçün su qaynaqlarından qaydasız istifadənin qarşısının alınmlı, yeni suvarma sistemləri tətbiq edilməlidir.

Qərbi Azərbaycan əyalətinin Regonal Su Şirkətinin başçısı Yasir Rəhbərdin məsələ ilə bağlı verdiyi açıqlamada adı çəkilən üç bölgə arasında Salmas düzünün durumunun daha böhranlı olduğunu bildirib.

O, bu üç bölgəni su qaynaqlarından istifadədə qadağan olunmuş bölgə adlandırıb və yeni quyuların qazılması ilə müraciətlərə qadağa qoyulduğunu deyib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar