SON XƏBƏRLƏR

Parsabadda divarlara milli şüarlar yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Parsabadda divarlara milli şüarlar yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Muğanın Parsabad şəhərində divarlara ana dilində təhsil və güneyli siyasi məhbusların azadlığa buraxılması ilə bağlı milli şüarlar yazılıb.

 

Güney azərbaycanlı fəallar tərəfindən yazılan şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlinir.

 

Fəallar ən çox “Azərbaycan məhbusları azad olunsun”, “Ana dilində mədrəsə”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”. “Konstitusiyanın 15-ci maddəsi icra olunsun” və s. kimi şüarlara yer veriblər.

 

Güney Azərbaycan Milli Hərəkatının muğanlı fəalları ötən aylarda bir neçə dəfə oxşar şüarlarla çıxış ediblər. Onlar Parsabadda davamlı olarraq güney azərbaycanlı siyasi məhbusların rejim tərəfindən saxlanmasını pisləyən şüarlar yazıblar.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar