SON XƏBƏRLƏR

PKK İraqdan Dağlıq Qarabağa daşınır

2021.10.20, 07:36
PKK İraqdan Dağlıq Qarabağa daşınır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, PKK bazalarını yerləşdirmək üçün yeni məkan qismində Dağlıq Qarabağı seçib. Bu sözləri Türkiyənin Əsassız Soyqırım İddialarıyla Mübarizə Dərnəyinin sədri, Atatürk Universitetinin doktoru Savaş Əyilməz deyib. Onun sözlərinə görə PKK Şimali İraqda yerli kürd qruplar tərəfindən sıxışdırılır. “samanyoluhaber.com” saytının məlumatına əsasən O bildirib ki, Dağlıq Qarabağ əraziləri Türkiyə ilə sərhəddə deyil, beynəlxalq statusu tam müəyyənləşməyib. Dərnək rəhbərinin sözlərinə görə, Rusiyanın Gürcüstandan çıxardığı hərbi qüvvələr və silahlar da Dağlıq Qarabağda və Ermənistanda yerləşdirildiyi üçün PKK üçün daha asan silah və sursat əldə etmək imkanı var, eyni zamanda Ermənistan bu halda PKK-ya daha rahat şəkildə yardım edə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar