SON XƏBƏRLƏR

Pompeo: “İran ballistik raket proqramını bir kənara qoymalıdır”

2021.10.20, 07:36
Pompeo: “İran ballistik raket proqramını bir kənara qoymalıdır”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 3-də bəyanat yayaraq, apardığı ballistik raket proqramına və bölgədə yürütdüyü dağıdıcı siyasətinə görə İrana ciddi xəbərdarlıq edib.

 

Pompeo bildirib ki, Vaşinqton İranın regionda apardığı təxribat xarakterli fəaliyyəti qarşısında sakit qalmayacaq: “İran ballistik və kosmik raketlər proqramını bir kənara qoymalı, regionda sülh və sabitliyi pozan əməllərindən əl çəkməlidir. Amerika, İranın regionun sabitliyinə qarşı yönələn və onun beynəlxalq təhlükəsizliyinə xətər gətirən  dağıdıcı siyasəti qarşısında susmayacaq.

 

Biz, bir daha İrana xəbərdarlıq edərək bildiririk ki, əgər iqtisadi və diplomatik baxımdan bundan artıq dünyadan təcrid olunmaq istəmirsə, təhrikə səbəb olan raket sınaqlarına yenidən baxmalı, ballistik raketlərin inkişafı ilə bağlı apardığı bütün fəaliyyətini dayandırmalıdır.

 

İranın Müdafiə Nazirliyi yaxın aylarda 3 kosmik peykin (SLV) buraxılması ilə bağlı proqramın yerinə yetiriləcəyi barədə bəyanat yayıb. Bu isə bir daha, İran rejiminin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini açıq-aşkar pozmasını göstərir.  Bu isə qəbuledilməzdir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar