SON XƏBƏRLƏR

Prezident İlham Əliyev GUAM ölkələrinin sammiti çərçivəsində bir sira görüşlər keçirib

2021.10.20, 07:36
Prezident İlham Əliyev GUAM ölkələrinin sammiti çərçivəsində bir sira görüşlər keçirib

Gunaz.tv
Prezident İlham Əliyev GUAM ölkələrinin sammiti çərçivəsində bir sira görüşlər keçirib lex+kacinski_ilhameliyev.jpg Dövlət başçısı Polşa prezidenti və ABŞ-ın dövlət katibinin müşaviri ilə görüşüb Gürcüstanın Batumi şəhərində keçirilən GUAM ölkələrinin sammiti çərçivəsində prezident İlham Əliyev Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkel ilə görüşüb. Görüşdə Azərbaycanla Amerika arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Sammit çərçivəsində, Azərbaycan prezidenti İlham Əliyev Polşa prezidenti Lex Kaçınski ilə görüşüb. Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlər müzakirə edilib və bu cür yüksək səviyyədə keçirilən görüşlərin ölkələrarası əlaqələri daha da möhkəmləndirdiyi vurğulanıb. Dövlət başçıları Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar, o cümlədən də GUAM çərçivəsində əməkdaşlığının inkişaf etdiyini bildirərək ikitərəfli əlaqələrin, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı baxımından da əhəmiyyətli olduğunu bəyan ediblər və münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Onu da qeyd edək ki, Lex Kaçinski habelə GUAM-Polşa formatında təşkil edilmiş görüşdə olub. Polşa prezidenti Lex Kaçınski ölkəsinin GUAM dövlətləri, o cümlədən də Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, xüsusi vurğulayıb ki, Polşa GUAM məkanındakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. "Polşa Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir". Lex Kaçinski belə deyib. Azərbaycan Prezidenti İlham Əliyev isə görüşdə çıxış edərək GUAM-Polşa münasibətlərinin inkişafından və regional əməkdaşlıqdan danışıb. Dövlət başçısı Polşa prezidenti tərəfindən GUAM-Polşa münasibətlərinin inkişafina göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın GUAM-a sədrliyi dövründə görülmüş işlərdən də danışıb və bildirib ki, bu görüş GUAM-Polşa əməkdaşlığının genişlənməsinə töhfə verəcək. /ANS Press/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar