Putin illik mətbuat konfransı keçirib

21.12.2018, 08:51

GünAz TV: Rusiya Prezidenti Vladimir Putin deyir ki, nüvə müharibəsi riskinə əhəmiyyətsiz yanaşmaq olmaz. O, Birləşmiş Ştatları silah sazişlərindən çıxdığına görə tənqid edib.

 

Putin dekabrın 20-də illik mətbuat konfransı keçirib.

 

O, televiziyayla canlı yayımlanan tədbirdə ümid etdiyini bildirib ki, Rusiya ilə Qərb arasında artan gərginlikdə sağlam məntiq üstün gələcək.

 

“SİVİLİZASİYANIN MƏHVİ”

Putin qeyd edib ki, nüvə müharibəsi “bütövlükdə sivilizasiyanın məhvinə” aparar. O, son bir neçə ayda artıq ikinci dəfədir belə bir fəlakətlə bağlı xəbərdarlıq edir.

 

Dövlət televiziyası jurnalistinin sualını cavablandıran Putin bu riskin “əhəmiyyətini azaltmaq tendensiyası”nın təhlükəli olduğunu söyləyib.

 

Putinin sözlərinə görə, Birləşmiş Ştatların 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxması Moskva və Vaşinqton arasında “strateji balans”a zərbə vurub, üstəlik, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ortamənzilli Raket Sazişindən çıxmaq planı bu istiqamətdə “daha bir addım”dır. O söyləyib ki, Birləşmiş Ştatlar və Rusiyanın uzaqmənzilli nüvə silahlarına dair “Yeni START” sazişi üzrə danışıqlar aparmaması pisdir. Bu sazişin müddəti 2021-ci ildə bitir, hər iki ölkə razılaşarsa, daha beş illiyə uzadıla bilər.

 

“DÖNÜŞ”

Putin mətbuat konfransına iqtisadi göstəriciləri müsbət baxımdan təqdim etməklə başlayıb, deyib ki, işsizlik azalır, Rusiyanın ümumi daxili məhsulu isə ləng də olsa artır.

 

Dövlət başçısı iqtisadiyyata təkana verəcək, həyat standartlarını yaxşılaşdıracaq “dönüş”lə bağlı fikirlərini bir daha dilə gətirib, deyib ki, Rusiyaya “yeni texnoloji baza” lazımdır, “resurslarını cəmləməli”, onlardan səmərəli istifadə etməlidir.

 

ÜDM-nin bu yaxınlarda 2 faizi aşmayacağı halda dönüş necə əldə edilə bilər? Bu suala cavabında Putin problemlərin bəzilərinə görə xarici faktorları günahlandırıb. Onun sözlərinə görə, Rusiya ölçü və keyfiyyət baxımından “yeni iqtisadi liqaya” daxil olmalıdır, “ambisiyalı məqsədlər qoymasaq, heç nə əldə olunmayacaq”.

 

DƏNİZÇİLƏRİN TALEYİ

Ukrayna gəmilərinə Rusiyanın nəzarətində olan Krım yaxınlığında atəş açılması, ukraynalı dənizçilərin saxlanması insidentinə gəlincə, Putin buna görə Kremlin suçlanmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Moskvada saxlanmış 24 ukraynalı dənizçinin taleyi barədə cinayət işi tamamlanandan sonra qərar veriləcək. Putin azından məhkəmə keçirilənədək onların buraxılmayacağını, Ukraynaya qaytarılmayacağını, yaxud dəyişdirilməyəcəyini deyib.

 

Kiyev Moskvayla münasibətlərə görə Rusiyanı ittiham edir. Putinsə prezident Petro Poroşenko hökumətini 2019-cu ilin 21 mart seçkisi öncəsi tənqid edib.

 

“Rusofoblar, öz xalqının maraqlarını anlamayanlar Kiyevdə hakimiyyət dəhlizlərində qaldıqca, Kremldə hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu anormal durum davam edəcək”, o deyib.

 

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan həmin münaqişədə 10 min 300-dən çox ölən olub. (Amerikanin səsi)

 

https://www.youtube.com/watch?time_continue=12577&v=OMVX_K_-Q_Q

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İrəvan Metropoliteni işini dayandırıb

2022-08-14

gun az article

Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

2022-08-14

gun az article

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar

2022-08-14

gun az article

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

2022-08-14

gun az article

Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

2022-08-14

gun az article

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

2022-08-14

gun az article

Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib

2022-08-13

gun az article

Erməni silahlılarının kvadrakopteri Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib-VİDEO

2022-08-13

gun az article

İranda onlarla bəhai gəncin Universitetdə oxumasına qadağa qoyuldu

2022-08-13

gun az article

Ərdoğanla Baydenin görüşü gözlənilir

2022-08-13

gun az article

İran hökuməti yeni əzadarlıq növləri icad edib-Kərbəlada ölənlərin dəfni simulasiya edilir-FOTO

2022-08-13

gun az article

Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

2022-08-13

gun az article

Salman Rüşdiyə qarşı terror böyük əks-səda doğurdu: Dünya liderləri İranın əməlini pislədi

2022-08-13

gun az article

Amerikanın keçmiş müdafiə naziri: "Hər hansı bir amerikalının İran tərəfindən terroru müharibə aktıdır"

2022-08-13

gun az article

Türkiyə ilə Pakistan arasında mühüm saziş imzalandı

2022-08-13

gun az article

Ukrayna Prezidentinin Ofisi: “Müharibədə strateji təşəbbüs Ukraynaya keçib”

2022-08-13

gun az article

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

2022-08-13

gun az article

Salman Rüşdiyə hücum edən şəxs İran və SEPAH tərəfdarıdır

2022-08-13

gun az article

Amerika prokurorluğu sui-qəsd cəhdində şübhəli bilinən Azərbaycan vətəndaşına qarşı cinayət işi açıb

2022-08-12

gun az article

“Şeytan ayələri”nin yazarı Salman Rüşdiyə hücum edilib

2022-08-12