SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 163 nəfərə çatıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 163 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 68 koronavirusa yoluxma faktı qeydə alınıb. 

 

  

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 163 nəfərə, xəstəliyə yoluxanların  ümumi sayının isə 2655 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1414 nəfər tam sağalaraq evlərinə göndərilib. 

 

  

Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 980 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 8 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 103 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 782 nəfər tam sağalaraq evə buraxılıb.

  

 

Şərqi Azərbaycan əyalətində isə dünən verilən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 362 nəfərə, xəstəliyə yoluxanların sayı 4628 nəfərə çatıb.

 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar