SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda radikal kürd qüvvələr seçkilərlə bağlı hərəkətə keçib

2021.10.20, 07:36
Qərbi Azərbaycanda radikal kürd qüvvələr seçkilərlə bağlı hərəkətə keçib

Gunaz.tv

GünAz TV: İranda parlament seçkiləri yaxınlaşdıqca Qərbi Azərbaycan Əyalətində radikal kürd qüvvələri təxribat xarakterli fəaliyyətlərini artırıb.


Parlament seçkilərinə namizədliyi qeydə alınanların siyahısı açıqlandıqdan sonra “Pejak” və “Komelə” terror qruplaşmalarına dəstək verən telekanallar “Novruj TV və Kurdistan TV) Azərbaycanın mənafeyinə qarşı hərəkətə keçib.


Bu kanallar bütün kürd şəhərlərinin əhalisinə müraciət edərək onlardan Qərbi Azərbaycan Əyaləti, xüsusi ilə də Urmiya, Sulduz, Salmas və Makı şəhəri seçki məntəqələrində səs vermələrini tələb edib.


Güney Azərbaycan Öyrənci Hərəkatının rəsmi mətbuat orqanında yayılan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəməd Mehdi Şəhriyari də uzun müddərdir ki, seçki məntəqələrində radikal kürdlərin qalib gəlməsi üçün zəmin hazırlayır.


O bu məqsədlə əyalətin bir çox önəmli postuna radikal kürdləri təyin edib. Onlardan bir neçəsinin kimliyi bundan ibarətdir:
1-Qərbi Azərbaycan Valiliyinin ictimai əlaqələr şöbəsinin rəisi İskəndər Xəncəri
1-Əyalət üzrə Planlaşdırma və Yenidənqurma İşləri Təşkilatının rəisi Mehrdad Dəliri
3-Valiyə məxsus ofisin rəisi Məhəmməd Baqeri

4-Valinin rəsmi müşavirləri Şəfi Bəhramiyan və Məsud Şəmsnəjad

 

Qeyd edək ki, Güney Azərbaycanın qərb bölgəsinin kürdləşdirmək üçün həyata keçirilən tədbirlər yaxurıda qeyd etdiyimiz faktlarla məhdudlaşmır. İran rejiminin yaşıl işıq yandırdığı prosesin həyata keçməsi üçün hətta vaxtaşırı terror aktları da törədilir. Bütün bunlar uzun illərdir ki, Güney Azərbaycan əhalisinin kəskin etirazı ilə qarşılanır. Təəssüflər olsun ki, Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinin qarşısını almaq hələki mümkün olmayıb, proses davam edir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar