SON XƏBƏRLƏR

Qırğızıstan seçkisində Müxalifətin vahid namizədi Kurmanbek Bakıyevin qələbəsini qeyri-legitim elan etdi

2021.10.20, 07:36
Qırğızıstan seçkisində Müxalifətin vahid namizədi Kurmanbek Bakıyevin qələbəsini qeyri-legitim elan etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünən Qırğızıstanda prezident seçkiləri keçirillib. “İnterfax” agentliyinin məlumatına görə, seçkilərdə səsvermə hüququ olan 2,8 milyon Qırğızıstan vətəndaşının iştirak etməsi üçün 2251 seçki məntəqəsi ayrılıb. Seçki bülleteninə altı prezidentliyə namizədin adı daxil edilib. Əsas rəqabətin indiki prezident Kurmanbek Bakiyev və və müxalifətdən olan namizəd, sabiq baş nazir, Sosial-Demokrat Partiyasının lideri Almaz Atambayev arasında arasında gedib. Seçki gününün ikinci yarısı müxalifətinin prezidentliyə vahid namizədi Almazbek Atambayev və digər namizəd Jenişbek Nazaraliyev səsvermə başa çatmamış seçkini qeyri-legitim elan ediblər. Sabiq baş nazir, Sosial-Demokrat Partiyasının lideri A. Atambayevin seçki qərargahı isə yerli hakimiyyətlərin indiki prezident Kurmanbek Bakiyevin qələbəsini təmin etmək üçün çoxsaylı qanun pozuntularına yol verdiklərini bəyan edib: “Pozuntu faktı o qədər çoxdur ki, seçkilərin legitimliyi sual altına düşür”. A. Atambayevin etiraz aksiyalarına başlayacağı gözlənilir. Ancaq Bişkek meriyası müxalifətin prezident seçkiləri başa çatdıqdan sonra paytaxtın mərkəzində etiraz aksiyası keçirmək barədə müraciətinə mənfi cavab verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar