SON XƏBƏRLƏR

İqtisadçıdan xəbərdarlıq: "İranda yanacaq qiyməti qalxacaq, şiddətli inflyasiya qaçılmazdır"

2022.08.22, 08:28
İqtisadçıdan xəbərdarlıq: "İranda yanacaq qiyməti qalxacaq, şiddətli inflyasiya qaçılmazdır"

Gunaz.tv

İnflyasiyanın səbəblərindən danışan Hüseyn Zağfər bildirib ki, İranda son 30 ildə bunun əsas amili həm də xarici valyutanın dəyərinin artması, milli pulun ucuzlaşması olub.

"Büdcənin haradan gəldiyi çox vacibdir, bu qaynaqlar hökumətin gəlir məhdudiyyətləri ilə çox böyük büdcə kəsiri yaratdı. Hökumət bu büdcə kəsirini aradan qaldırmaq üçün valyutanın və enerji daşıyıcılarının qiymətinin artırılması kimi yanlış siyasətlərə əl atdı.

Bu isə inflyasiyanın daha da şiddətlənəcəyini qaçılmaz edib"-deyə, Zağfər bildirib.

"Aftabnews" saytına müsahibə verən iqtisadçı dövlətin yanacağın qiymətinin qaldırılması məsələsində gecikməsini vətəndaşların etirazlarından çəkindiyi ilə bağlayıb və bir müddət sonra bahalaşmanın baş verəcəyini proqnozlaşdırıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar