SON XƏBƏRLƏR

SEPAH rəsmisi İsraili təhdid etdi: "Sionist rejimi əlimizə bəhanə versə, sözsüz ki, məhv olacaq”

2021.11.11, 13:52
SEPAH rəsmisi İsraili təhdid etdi: "Sionist rejimi əlimizə bəhanə versə, sözsüz ki, məhv olacaq”

Gunaz.tv

Öz çıxışında SEPAH raketlərinin və onun pilotsuz uçan aparatlarının gücündən danışan Hacızadə deyib ki, əgər İsrail İrana qarşı hücuma keçsə, İran onun axırına çıxacaq.


“Dünyanın bütün ölkələri arasında öz varlığından və həyatının gələcəyindən danışan və bundan nigaran olduğunu bildirən yeganə ölkə sionist rejimidir. Aydın məsələdir ki, öz varlığından danışan bu rejim məhvə məhkumdur.


Əgər sionist rejimi əlimizə bəhanə versə, sözsüz ki, bundan sonrakı dövrü görməyəcək və onun məhv olmasının zamanı bir az da qabağa düşəcək. 


Sionist rejiminin rəsmiləri bilirlər ki, əgər bizə qarşı savaşa başlasalar, bu savaşın sonunu biz təyin edəcəyik. Bu isə sionist rejimin məhvi və sonu olacaq”, -deyə SEPAH terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib. 


Qeyd edək ki, İsrail qırıcıları son illər Suriyada və İraqda yüzlərlə dəfə İran mövqelərini bombardman etsə də, SEPAH rəsmiləri yalnız daxili auditoriyaya hesablanmış boş-boş təhdid xarakterli bəyanatlar səsləndirməklə kifayətləniblər. 


İranın tez-tez Tel-Əvivə qarşı səsləndirdiyi təhdidlərinə baxmayaraq, SEPAH bu günə qədər əməldə İsrail qarşı bircə güllə belə atmağa cəsarət etməyib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar