SON XƏBƏRLƏR

"İran diplomatları cinayətləringizlədilməsində mühüm rol oynayırlar"-Beynəlxalq Əfv Təşkilatı

2023.02.07, 13:00
"İran diplomatları cinayətləringizlədilməsində mühüm rol oynayırlar"-Beynəlxalq Əfv Təşkilatı

Gunaz.tv

"İranın diplomatik nümayəndələri Tehran rejiminin həbsxanalarında 1988-ci ilin yay qırğınını inkar etməklə, yalan məlumat yaymaq və beynəlxalq araşdırmalara qarşı çıxmaqla beynəlxalq cinayətlərin və digər ciddi insan haqlarının pozulmasının gizlədilməsində mühüm rol oynayıblar"-bəyanatda bildirilib.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika Ofisinin direktor müavini Diana Əl-Tahavi deyib ki, İranın hakimiyyət orqanları 80-ci illərdə məhkəməsiz şəkildə qətlə yetirilən minlərlə siyasi rəqibin taleyini və dəfn yerini sistemli şəkildə gizlədirlər.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin, Kərəcin Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə  minlərlə siyasi məhbus edam edilib. 

Edamların həyata keçirilməsinə 4 nəfərdən ibarət "ölüm heyəti" adlanan qrup nəzarət edib.

İranın hazırkı prezidenti İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar