İran iki britaniyalı məhbusu pul qarşılığında azadlığa buraxıb

17.03.2022, 07:36

İran və Britaniya vətəndaşı olan Nazənin Zağəri Retklifin və Ənuşe Aşuri həbsxanadan buraxılıb. Onlar martın 16-ı axşam saatlarında Tehranı tərk ediblər.

Gunaz.tv Quote | Gunaz article

Böyük Britaniyanın xarici işlər naziri Liz Truz özünün sosial media hesabında etdiyi paylaşımda faktı təsdiq edib və İranda həbsdə olan başqa britaniyalı məhkum Murad Tahbazında İrandan çıxmasına çalışdıqlarını yazıb.

Sözügedən Britaniya-İran vətəndaşlarının Məhəmmədrza Şah Pəhləvi dövründə İngiltərənin "Çiftayn" tanklarının alınmasına görə İrana olan 520 milyon dollar borcunun ödənilməsi ilə bağlı danışıqların müqabilində sərbəst buraxıldığı bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə Britaniyadan bir qrup rəsmi şəxs onların azadlığa buraxılması ilə bağlı danışıqlar aparmaq üçün Tehrana səfər etmişdilər.

Britaniya hökumətinin iki vətəndaşının azadlığa buraxılması üçün İran hökumətinə ödəniş etməsi iranlı sosial media istifadəçiləri və insan haqları fəallarının fərqli reaksiyaları ilə qarşılaşıb.

Onlar Britaniya hökumətinin əməlini İran mollalarına xərac vermək kimi dəyərləndirib və İran zindanlarında ağır şərayitdə saxlanılan minlərlə siyasi məhbusun müdafiəsiz olduqlarını qeyd ediblər.

Qeyd edək ki, İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölklərin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

2022-08-16

gun az article

Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü

2022-08-16

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

2022-08-16

gun az article

“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev

2022-08-16

gun az article

Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb

2022-08-16

gun az article

Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

2022-08-16

gun az article

İranda yenidən su üsyanı başlaya bilər

2022-08-16

gun az article

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı mina sahəsi aşkarlanıb

2022-08-16

gun az article

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub –Yanğın davam edir

2022-08-16

gun az article

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022-08-16

gun az article

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022-08-16

gun az article

"Ağalar bilmədi birdir bu torpaq..."- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

2022-08-16

gun az article

Latviya Ukraynaya 4 helikopter göndərdi

2022-08-16

gun az article

İran Ermənistanla birgə təlimlər keçirir

2022-08-16

gun az article

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

2022-08-16

gun az article

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022-08-16

gun az article

“Biz imitasiya yox, real nəticələr görmək istəyirik” – XİN rəsmisi

2022-08-15

gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15