SON XƏBƏRLƏR

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022.11.30, 08:25
İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

Gunaz.tv

Belə ki, əzəli rəqiblərin üz-üzə gələcəyi “El Tumama” stadionunun tribunasında Azərbaycan bayrağı asılıb. Bayrağın üzərində "O tayı da, bu tayı da" sözlərinin yazılması maraqla qarşılanıb.

Bu addımın Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza dəstək məqsədi daşıdığı şübhə doğurmur.
Qeyd edək ki, oyun 1-0 hesabı ilə ABŞ millisinin xeyrinə başa çatıb. İspaniyalı Migel Mateu Laosun idarə etdiyi oyunda qolu 39-cu dəqiqədə Kristian Pulişiç vurub.

Bu qələbədən sonra Amerika millisi 1/8 finala yüksəlib. 

İran komandası isə dünya çempionatında iştirakını sonlandıraraq evə dönəcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar