SON XƏBƏRLƏR

İranın nifrət toxumu səpən mollası Almaniyadan qovulub

2022.11.01, 08:35
İranın nifrət toxumu səpən mollası Almaniyadan qovulub

Gunaz.tv

Almaniyanım “Bild” qəzeti xəbər verir ki, Ali  Məhkəmənin qərarına əsasən, Hamburq İslam Mərkəzinin müdir müavini 46 yaşlı Seyid Süleyman Musəvifər Almaniyanı tərk etməlidir və 20 il ərzində ölkəyə daxil olmaq hüququ yoxdur.

Ötən günlərdə Almaniyanın “Bild” qəzeti iranlı din xadiminin ölkədən qovulması xəbərini təsdiqləmiş və Hizbullah qruplaşmasının adının Almaniyanın “terror qruplaşmaları siyahısı”-na salınmasına işarə edərək  terrorçu qruplara açıq dəstəyin Almaniya üçün təhlükə olduğunu bildirmişdi.

Musəvifər dörd il öncə irqçiliyi təbliğ edən nümayişlərə qatılıb, ekstremist və terror qruplaşmalarının üzvləri ilə təmasda olub.

Bu iranlı molla bir müddət əvvəl İran teleradiosuna müsahibəsində demişdi: “Almaniyadə yaşayış icazəsinin müddətini artımaq üçün  müraciət edəndə mənə deyiblər ki, Qüds günü yürüşündə iştirakınız və İslam Mərkəzində çıxışınızdan  antisemitizm və Livan Hizbullahı ilə əlaqəniz  olduğu bildirilir”.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar