SON XƏBƏRLƏR

“İranın Azərbaycana qarşı düşmənçiliyi yeni mərhələyə keçib”-Əhməd Obalı-VİDEO

2022.09.03, 10:35
“İranın Azərbaycana qarşı düşmənçiliyi yeni mərhələyə keçib”-Əhməd Obalı-VİDEO

Gunaz.tv

Əhməd Obalı çağdaş Güney Azərbaycan Milli Hərəkatının son durumu ilə bağlı açıqlama verib:

“İran çoxmilətli dövlətdir. Sovetlər dövrünün son dönəmi kimi İranda da milli mübarizə güclənib, hər millətdə özünədönüş artıb. 

Ərəblər, bəluclar, kürdlər, azərbaycanlılar milli kimlik hərəkatına başlayıb. Ən güclü hərəkat Azərbaycan Milli Hərəkatdır”. Əhməd Obalı bildirib ki, Azərbaycan Milli Hərəkatı dünya tərəfindən də bəyənilir. “Çünki bizim hərəkat sivil və mədənidir. 

Bizim silahla, terrorla işimiz yoxdur. İkincisi bizim hərəkat millətin bətnindən doğub. Sinfi yox, milli mübarizədir. Bizim hərəkatda tacir, mülkədar, əkinçi, fəhlə, qadın hər kəs var. Hərəkatımız getdikcə sistemləşir, daha da təşkilatlanır”-deyə, Günaz.TV-nin rəhbəri bildirib.

Əhməd Obalı deyib ki, Quzey Azərbaycan müstəqil dövlət olmasından stimul alan Güney Azərbaycan Milli Hərəkatı daha da güclənib:

“90-larda sərhədlərin sökülməsi güneyə böyük təsir etmişdi. Qarabağ işğal olunduqdan sonra Quzey Azərbaycanın başı öz problemlərinə qarışdı. Güneylilər bunu anlayırdı. Bilirdik ki, Azərbaycanın problemləri var”. 

Əhməd Obalı deyib ki, 2006-cı ildə “İran” qəzetində azərbaycanlılar haqqında təhqiramiz karikatura dərc olunandan sonra hərəkat öz gücünü rejimə göstərdi:

“Güney Azərbaycanda kütləvi aksiyalarda 4 milyon insan iştirak etdi. 27 şəhərdə aksiyalar oldu. Böyük qəsəbələrdə millət ayağa qalxdı. Bu Milli Hərəkatın yeni mərhələsinin başlanğıcı idi”.

Günaz.TV-nin rəhbəri bildirib ki, Güney hərəkatın güclənməsində Milli Hərəkatın fikir babası Məmmədtağı Zehtabinin böyük rolu olub: “Onun qədim tariximiz, ədəbiyyatımız barədə kitabları gənclərin milli düşüncəsinin formalaşmasında böyük rolu oldu. Babək qalası yürüşləri də onun təşəbbüsü idi. Almaniyadan qayıdandan sonra onu da öldürdülər. 

May hadisələrindən sonra Milli Hərəkat gücləndi. 2020-ci ildə Azərbaycan Qarabağı erməni işğalından azad edilməsi əməliyyatına başlananda Güney Azərbaycan türkləri Quzeyə dəstək verdi.

İrandan göndərilən yardımın qarşısının alınmasında güneylilərin rolu oldu. Güney azərbaycanlılar Qarabağa, Azərbaycana dəstək aksiyaları keçirdilər. 

Qarabağ azad olunduqdan sonra Güney Azərbaycan Milli Hərəkatı yeni mərhələyə keçib. İranın da Azərbaycana qarşı düşmənçiliyi yeni mərhələsinə keçib.

Biz eyni millətik. Bir millətik. Kiçik bir hissəsi azaddır, müstəqildir, böyük hissəsi hələ də İran istilası aldındadır”.

Verilişi sizə təqdim edirik:

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar