SON XƏBƏRLƏR

İran ərəblərindən Azərbaycan Respublikasına dəstək: "Terroru dəstəkləyən İran bölgədə sabitliyi pozur"

2021.10.20, 07:36
İran ərəblərindən Azərbaycan Respublikasına dəstək:  "Terroru dəstəkləyən İran bölgədə sabitliyi pozur"

Gunaz.tv

İranda yaşayan ərəblərin Əl-Əhvaz Azadlıq Cəbhəsi İran hökumətinin Azərbaycan Respublikasının iç işlərinə qarışmasını pisləyən bəyanat yayıb.

Bəyanatda İranın Araz qırağı bölgələrində, Azərbaycan Respublikası ilə sərhəddə hərbi təlimlər keçirməsi güc nümayişi kimi dəyərləndirilib. Əhvaz ərəbləri İranın bu davranışını Azərbaycan Respublikasının daxili işlərinə qarşımaq kimi qiymətləndirilib və pisləyib.

Bəyanatda deyilir:

“İran rejimi hakimiyyəti ələ aldıqdan sonra bütün beynəlxalq konvensiyaları ayaq altına atıb. Qonşuluq münasibətlərinə zidd hərəkətlər edərək bütün bölgə dövlətlərinin daxili işlərinə müdaxilə edib.

Bu müdaxilələr münasibətləri gərginləşdirib, təhlükəsizlik şəraitini pozub, qırğınlara, terrorizmin, fundamentalist cərəyanların inkişaf etməsinə səbəb olub.

Son günlər İran hökuməti ölkənin şimal-qərb bölgəsində “Xeybər fatehləri” adı altında keçirdiyi hərbi təlimlərlə əzələ nümayiş etdirərək Azərbaycan Respublikasını təhdid edib.

İran ordusunun başçılarından biri bu təlimlərin Azərbaycan, Türkiyə və Pakistanın birgə keçirdiyi hərbi təlimlərə, o cümlədəm İlham Əliyevin çıxışına cavab olduğunu bildirib".

Sənəddə qeyd olunur ki, İran hakimiyyəti bu davranışlarla reginda sbaitliyə təhlküə yaradır.

"İran rəsmiləri hədələyici şəkildə bildiriblər ki, Azərbaycan Respublikasının bütün potensialı və gəliri neft ixracatından asılı olduğu üçün zəif durumdadır.

Bu bir halda baş verir ki, terroru dəstəkləyən İran rejimi birbaşa və militarist əlaltıları vasitəsilə bölgədə sabitliyi və təhlükəsizliyi pozur.

Əl-Əhvaz Azadlıq Cəbhəsi İranın hədələyici hərbi təlimini Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq kimi dəyərləndirir və beynəlxalq ictimaiyyətdən bu hərəkəti məhkum etməyi istəyir"-bəyanatda bildirilir.

CE

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar