SON XƏBƏRLƏR

İranda əczaçılar etiraz aksiyası keçiriblər

2022.04.19, 09:35
İranda əczaçılar etiraz aksiyası keçiriblər

Gunaz.tv

İranın müxtəlif şəhərlərində əczaçılar etiraz aksiyası keçirərək gəlirlərinin inflyasiyaya uyğun qaldırılmamasından narazılıqlarını bildiriblər.

Onıar məişət problemlərinin çoxalmasına, ölkədə bütün malların qiymətinin bahalaşmasına baxmayaraq əmək haqlarının sabit qalmasına etiraz ediblər.

“Gəlirlərimizin inflyasiyaya uyğun olmadığı üçün artıq alıcılıq qabiliyyətimiz neçə qat azalıb və sadə məişət problemləri ucbatından ailə qura bilmir, ailəlilər isə ailələrini idarə etməkdə çətinlik çəkirlər”-deyə, əczaçıların bəyanatında qeyd olunub.

Tehran Əczaçılar Birliyinin başçısı Həmid Xoyi məsələ ilə bağlı verdiyi açıqlamada etirazçıların haqlı olduğunu deyib, ancaq hazırkı iqtisadi şərayitdə əmək haqlarının artırılmasının mümkün olmadığını bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar