İranda dolların qiyməti yenidən qalxıb

08.11.2021, 09:13

İranda ABŞ dollarının məzənnəsi son iki gündə daha 500 tümən qalxaraq 28 min 50 tümənə çatıb.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata görə, dolların məzənnəsi son iki günlər 27 min 550 tümən civarında olsa da, noyabrın 7-də İran azad valyuta bazarında hər ABŞ dolları 28 min 50 tümən qarşılığında mübadilə edilib.


İran prezidenti İbrahim Rəisi iki həftə əvvəl Mərkəzi Bankdan və İranın İqtisadiyyat Nazirliyindən dolların məzənnəsini sabit saxlamağı və onun qiymətinin qalxmasının qarşısını almağı tələb etsə də, ölkə prezidentinin bu göstərişi özünü doğrultmayıb və dolların dəyəri yenidən qalxmağa başlayıb.


Yayılan məlumata görə, İranda dolların məzənnəsinin mütəmadi olaraq qalxması ölkə əhalinin gündəlik istifadə etdiyi qida və ərzaq mallarının qiymətinin kəskin artmasına, yoxsul və aşağı təbəqədən olan ölkə əhalisinin narahatlığına səbəb olub.


Dolların məzənnəsinin kəskin artmasının səbəbi rəsmən açıqlanmasa da, bunun səbəbi, İranın Vyanada aparılan nüvə danışıqlarından boyun qaçırması, ölkəyə qarşı əlavə sanksiyaların tətbiqi, ölkədə qeyri-sabit iqtisadi və siyasi vəziyyətin hökm sürməsi, rəsmilərin səriştəsizliyi, ölkənin neft gəlirlərinin kəskin azalması və ölkə iqtisadiyyatının çökmə ərəfəsində olması ilə əlaqələndirilir.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış tarxiçi alim Aydın Balayev vəfat edib

2021-12-08

gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07

gun az article

Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

2021-12-07

gun az article

İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

2021-12-07

gun az article

Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

2021-12-07

gun az article

“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

2021-12-07

gun az article

PKK-nın daha bir rəhbər şəxsi məhv edildi

2021-12-07

gun az article

Ağdamın Keştazlı kəndindən VİDEO

2021-12-07

gun az article

Lider dövlətlər Rusiyaya qarşı birləşirlər

2021-12-07

gun az article

İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

2021-12-07

gun az article

Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

2021-12-07

gun az article

İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

2021-12-07

gun az article

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

2021-12-07

gun az article

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot edib

2021-12-07

gun az article

Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində-FOTOLAR

2021-12-06