İranda qanlı qarşıdurma: Hökumət məmurlarının birbaşa açdığı atəş nəticəsində 10 nəfər öldürülüb

22.09.2022, 09:03

İranda rejim əleyhinə aksiyalar davam edir. Sentyabrın 21-i gecə saatlarında davam edən aksiyalarda hökumət məmurları vətəndaşlara birbaşa atəş açıblar.

Gunaz.tv Quote | Gunaz article

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları zamanı ən azı 10 nəfər hökumət məmurlarının birbaşa açdığı atəş nəticəsində öldürülüb.

Sentyabrın 22-də güllələnərək öldürülən daha iki nəfərin kimliyini dəqiqləşdirmək mümkün olub.

Kirmanşahda orta yaşlı qadın Minu Məcidi xüsusi təyinatlıların atəşi nəticəsində həyatını itirib və onun cənazəsi ailəsinə təhvil verilməyib.

Hökumət məmurları sentyabrın 20-də öldürülən qadının cənazəsini yalnız sentyabrın 22-də bir başa dəfn etmək üçün məzarlıqda ailəsinə təhvil verəcəklərini bildiriblər.

Bununla yanaşı sentyabrın 21-i gecə saatlarında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə (Üşnü) şəhərində xüsusi təyinatlı qüvvələrin əhaliyə açdığı atəş nəticəsində 27 yaşlı Sədrəddin Litani həlak olub.

Onunla birgə çox sayda insanın güllə yarası aldığı, onlardan üçünün durumunun ağır olduğu qeyd olunur.

İran rəsmiləri sentyabrın 21-də 7 etirazçının öldürüldüyünü təsdiq edib, onların ölümünün şübhəli şərayitdə baş verdiyini iddia ediblər.

Cavidan 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İstanbulda İranın baş konsulluğu qarşısında aksiya keçirilib

2022-09-30

gun az article

Oktyabrın 1-də daxil və xaricdə İran hökumətinə qarşı geniş aksiyalar planlaşdırılıb

2022-09-30

gun az article

Əfqanıstanda təhsil mərkəzində terror aktı törədilib, 20 nəfər ölüb, 35 nəfər yaralanıb

2022-09-30

gun az article

İran İnsan Haqları təşkilatı öldürülən etirazçıların sayını açıqlayıb

2022-09-30

gun az article

İran Silahlı Qüvvələrinin Baş Qərargahının gizli göstərişi ifşa olunub: "Etirazçılara rəhm etməyin"

2022-09-30

gun az article

İranda yüzlərlə Universitet müəllimi etiraz bəyanatı yayıb

2022-09-30

gun az article

Qum şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma baş verib

2022-09-30

gun az article

Hulusi Akar: "Türkiyə daim Azərbaycanın yanındadır"

2022-09-29

gun az article

İranda 15 yaşlı qıza polis rəisinin təcavüzünü ictimailəşdirən şəxs həbs edildi

2022-09-29

gun az article

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib –VİDEO

2022-09-29

gun az article

Dünyada media azadlığının yeni reytinqi: İran sondan üçüncü oldu

2022-09-29

gun az article

11 Nobel mükafatı laureatı İranda etiraz aksiyalarına dəstək verib

2022-09-29

gun az article

Almaniya parlamentinin üzvü Hamburq İslam Mərkəzini İranın casusluq yuvası adlandırıb

2022-09-29

gun az article

Avropa Parlamentində Məhsa Əmininin ölümü və etirazların yatırılması müzakirə olunacaq

2022-09-29

gun az article

İranda jurnalistlərin həbsi davam edir-Mehrnuş Tafiyan saxlanılıb

2022-09-29

gun az article

İranın ən böyük müəssisələrindən biri olan "Dicikala" şirkətinin işçiləri tətil aksiyasına başlayıblar

2022-09-29

gun az article

"Yaşıllığı məhv edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir"-Ekoloqdan çağırış

2022-09-29

gun az article

İranda daha bir tanınmış jurnalist həbs edildi

2022-09-29

gun az article

"İranla nüvə sazişini canlandırmaq üçün danışıqlar dalana dirənib"- Ağ Ev

2022-09-29

gun az article

"İranda baş verənlər sistemli qətllərə, ayrı-seçkilik yaradan qanunlara üsyandır"- Beynəlxalq Əfv Təşkilatı

2022-09-29