SON XƏBƏRLƏR

İranda mühüm enerji mərkəzinin binası yandırıldı

2022.06.19, 09:27
İranda mühüm enerji mərkəzinin binası yandırıldı

Gunaz.tv

Bu barədə “Fars” Xəbər Agentliyi mlumat yayıb. 

Pars Xüsusi Enerji Məntəqəsi Təşkilatıının təftiş idarəsinin rəhbəri Muxtar Cavanzadə bildirib ki, naməlum şəxs və ya şəxslər hasarı aşaraq yoxlama bölməsinə daxil olub və idarənin ofisinə yandırıcı maddələr atarq müdir və idarə rəisinin ofislərini yandırıblar.

Bu son aylar İranın enerji obyektlərinə neçənci hücumdur və bundan önc ədə oxşar hadisələrdə enerji obyektləri və neft-kimya təsisatları yandırılıb.

Tehran rəsmiləri baş verən partlayış, yanğın və hücumların “naməlum şəxslər” tərəfindən həyata keçirildiyini, günahkarların saxlanılması ilə bağlı əməliyyat aparıldığını bildiriblər.

Buna baxmayaraq, rəsmi qurumların bu istiqamtədə bütün cəhdləri uğursuz olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar