SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 82 nəfər vəfat edib, 4312 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021.12.01, 14:25
İranda koronavirusdan daha 82 nəfər vəfat edib, 4312 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin dekabrın 1-də yaydığı məlumatına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 129 min 912 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 121 min 757 nəfərə çatıb.
 
Bildirilir ki,,  İranda indiyədək 5 milyon 892 min 574 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin dediyinə görə,  xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 min 328 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 38 milyon 873 min 156 test aparılıb.

Yayılan məlumata əsasən, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 22 şəhəri narıncı, 207 şəhəri sarı, 219 şəhəri isə mavi vəziyyətdədir. 

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

شناسایی  ۴۳۱۲ بیمار جدید کرونایی/ حال ۳۳۲۸ نفر وخیم است

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar