SON XƏBƏRLƏR

İranda koronavirusa yoluxma kəskin artdı- 9456 yeni yoluxma qeydə alınıb

2022.07.28, 10:20
İranda koronavirusa yoluxma kəskin artdı- 9456 yeni yoluxma qeydə alınıb

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin iyulun 28-də açıqladığı statistikaya görə, son 24 saatda ölkədə daha 9456 nəfər koronavirusa yoluxub.

Məlumatda yoluxanlardan 1344 nəfərin xəstəxanalara yerləşdirildiyi, bununla da bu günə kimi yoluxma sayının 7 milyon 368 min 945 nəfərə çatdığı qeyd olunub.

Səhiyyə Nazirliyinin məlumatında son sutkada 42 koronovirus xəstəsinin öldüyü. bu günə kimi bu virusdan ölənlərin sayının 141 min 837 nəfərə çatdığı bildirilir.

Hazırda İranda 57 şəhərdə koronavirusun yenidən yayılmasına görə təhlükəli qırmızı vəziyyət, 86 şəhərdə orta təhlükəli narıncı vəziyyət, 199 şəhərdə isə az təhlükəli sarı vəziyyət elan edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar