Onun sözlərinə görə, son bir il ərzində İranda hava çirkliliyi səbəbindən 21 min nəfər dünyasını dəyişib.
Daryuş Əlizadə İran Daxili İşlər, Neft və Energetika Nazirliklərinin havanın çirkləndirilməsinin qarşısının alınmasına görə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini deyib.
Əlizadə deyib ki, ölkədə havanın çirklənməsinin ən əhəmiyyətli səbəbi dizel yanacağının istifadəsi, işlənmiş avtomobillərin sıradan çıxarılması ilə bağlı hökumətin səmərəsiz siyasətidir.
O, deyib ki, problemin yaranmasna səbəb elektrik stansiyalarında nəzarət avadanlığının olmaması və ictimai nəqliyyat şəbəkəsinin zəifliyidir.
Qeyd edək ki, son bir ildə İranın paytaxtı Tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə "dünyanın ən çirkli şəhəri" seçilib.
Cavidan