Xamneyinin nümayəndəsindən isfahanlı əkinçilərə gülünc tövsiyə: “Gedin yağış namazı qılın”

27.11.2021, 12:19

Məşhədin cümə imamı Əhməd Ələmülhüda noyabrın 26-da cümə namazı xütbələrindəki çıxışında susuzluqdan əziyyət çəkən isfahanlı əkinçilərin dinc etirazlarına münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

İran lideri Əli Xamneyinin bu şəhərdəki nümayəndəsi olan Əhməd Ələmülhüda öz çıxışında İsfahanın yoxsul və zəhmətkeş əkinçilərini Allah qarşısında toplaşmaqda və ona etiraz bildirməkdə günahlandırıb.

Əhməd Ələmülhüda susuzluqdan həyatları məhvə doğru gedən və fəlakətlə üz-üzə qalan dinc etirazçılara gülünc bir tövsiyə edib.

“Bu gün ölkənin bütün əyalətlərində su problemimiz var. Bu yalnız İsfahan, Çahar Mahal və Bəxtiyarı, eləcə də Yəzd əyalətlərinə məxsus olan problem deyil. Bu çətinlik bütün əyalətlərdə yaşanır. 

Bu problemin əsas hissəsi də yağıntıların həcminin azalması ilə əlaqədardır. Həm də su çatışmazlığı təkcə bizim ölkəyə məxsus deyil, digər ölkələr də belə bir problemlə üz-üzə qalıblar. Bu isə dünyadakı iqlim dəyişikliyi ilə əlaqədardır. 

Yağıntılar az olduğu bir vaxtda müşkül Allah qarşısında toplaşmaq və etiraz bildirməklə həll olunmur. Problem namaz sıralarında toplaşmaqla öz həllini tapa bilər. 

Daha doğrusu, Allah qarşısında toplaşmağın və etiraz bildirməyin xeyri və faydası yoxdur.

Problemin həll olunmasını istəyirsinizsə gedin yağış namazı sıralarında toplaşın və Allahdan yağış göndərməsini tələb edin”, -deyə Məşhədin cümə imamı, İran lideri Əli Xamneyinin bu şəhərdəki nümayəndəsi axund Əhməd Ələmülhüda bildirib.

Qeyd edək ki, İrandakı digər axundlar kimi işləmədən ömür boyu sadə və dindar kənd camaatının və əkinçilərin verdiyi “Xums” və “Zəkat” la bəslənən və onların  pulu ilə öz qarın və boynunu yoğunladan, hazırda isə milyardlara sahib olan axund Əhməd Ələmülhüda öz çıxışında nəinki əkinçilərə qarşı repressiyaları pisləməyib, əksinə hakimiyyətə qarşı dinc etiraz bildirən əkinçiləri qınayıb. 

A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

2022-01-22

gun az article

İŞİD-lə PKK arasında atışma başladı: ölənlər var

2022-01-22

gun az article

Azərbaycanda daha 1 614 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

2022-01-22

gun az article

Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşüb

2022-01-22

gun az article

İranda koronavirusdan daha 30 nəfər vəfat edib, 3 503 nəfər virusa yoluxub m- RƏSMİ STATİSTİKA

2022-01-22

gun az article

Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib

2022-01-22

gun az article

İranın Kirman əyalətində qum fırtınası həyatı iflic etdi: 40-dan çox kəndin yolları bağlanıb - FOTO

2022-01-22

gun az article

Xuzistan əyalətində yoluxucu xəstəliyin Omikron ştammına yoluxanların sayı ikiqat artıb

2022-01-22

gun az article

Məşhur azərbaycanlı generalın doğum günüdür

2022-01-22

gun az article

SOCAR: “Ermənistanda bitum sexinə ehtiyacımız yoxdur”

2022-01-22

gun az article

Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

2022-01-22

gun az article

Ağ Ev: Putin və Bayden arasında görüş keçirilə bilər

2022-01-22

gun az article

Hulusi Akar: “Ukrayna-Rusiya probleminin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq”

2022-01-22

gun az article

NATO yanvarın 24-dən fevralın 4-dək Aralıq dənizində təlimlər keçirəcək

2022-01-22

gun az article

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

2022-01-22

gun az article

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” - Ukraynalı nazir

2022-01-22

gun az article

Azərbaycan dilinin Orfoqrafiya Lüğəti yenidən nəşr olunacaq

2022-01-22

gun az article

ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib

2022-01-22

gun az article

“Yolumuzqarabaga.az” saytı fəaliyyətə başlayıb

2022-01-21

gun az article

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunur

2022-01-21