SON XƏBƏRLƏR

İranlı deputat ölkədə “böyük sosial üsyanlar” barədə xəbərdarlıq edib

2022.02.03, 12:15
İranlı deputat ölkədə “böyük sosial üsyanlar” barədə xəbərdarlıq edib

Gunaz.tv

İran parlamentinin üzvü Əhməd Nadiri ölkədə “böyük sosial üsyanların” baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib və qarşıdakı günəş ili üçün büdcə qanun layihəsinə nəzər saldıqda bunun doğru hesablanmadığının göründüyünü söyləyib.

“Sizə xəbərdarlıq edirəm ki, belə davam edəcəyi təqdirdə qarşıdakı il böyük üsyanlar ili olacaq”-deyə, millət vəkili hökumətə səslənib.
O, sosial problemlərə görə büdcənin müzakirəsində bu sahəyə cüzi faiz ayrıldığını, gec olmadan bu yanlışğlığın aradan qaldırılmasının vacibliyini qeyd edib.

“Vyana nüvə danışıqlarının hələ də davam eməsinə, danışıqlar aparan tərəflər arasında böyük fikir ayrılıqlarının olmasına baxmayaraq, dövlət qəzetləri neftin sərbəst satışı hesabına hökumətin gəlirlərinin artdığını iddia edirlər”-deyə, Nadiri hökumətin əsassız olaraq əhalini arxayın salmağa çalışdığını deyib. 

Qeyd edək ki, son vaxtlar dövlət nəzarətində olan İran mətbuatı, o cümlədən radikal qanadın orqanı, Xaməneyinin bir başa diqqətində olan “Keyhan” qəzeti son bir neçə ayda ticarət və neft satışının artdığı barədə məlumatlar yayıb.

Xaməneyinin mətbuat orqanı“Keyhan”, neft satışının artması İranın müzakirə heyətinə danışıqların yeni mərhələsinə liderlik etməyə, İran xalqının əsas şərtlərinə və tələblərinə əməl etməyə imkan verdiyini iddia edib.

Əhməd Nadirinin social partlayış barədə çıxışı İranın Təməl Dolanışıq Təhlükəsizliyi Böhranlarının Qarşısının Alınması üzrə İşçi Qrupunun iclasından əldə edilən “tam məxfi” sənədin hakerlər tərəfindən yayılması ilə eyni vaxta təsadüf edir.

Hökumət və “Sepah” komandirlərinin iştirakı ilə keçirilən toplantının 7 səhifəlik məxfi hesabatında  “cəmiyyətin partlayış vəziyyətində olduğu” və ötən bir il ərzində sosial narazılığın 300% artdığı bildirilir.

 

احمد نادری | نماینده | دوره یازدهم مجلس شورای اسلامی

C.E 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar