SON XƏBƏRLƏR

İran prezidenti ilə bağlı Şotlandiya polisinə müraciət: “Qlazqoda Tehran cəlladını həbs edin”

2021.10.20, 07:36
İran prezidenti ilə bağlı Şotlandiya polisinə müraciət: “Qlazqoda Tehran cəlladını həbs edin”

Gunaz.tv

Onlar Tehran cəlladı kimi tanınan İran prezidenti İbrahim Rəisinin bu ölkyə səfər edəcəyi təqdirdə həbs edilməsini tələb ediblər.

Bu barədə Böyük Britaniyanın Londonda çıxan “Times” qəzeti məlumat yayıb.


Bildirilir ki, noyabrın 2-dən 3-ünə qədər Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı zirvəsi toplantısına bir sıra dünya ölkələri başçıları ilə yanaşı İran prezidenti İbrahim Rəisi də dəvət olunub.


Şotlandiya polisinə rəsmi məktub ünvanlayan hüquq müdafiəçiləri İbrahim Rəisinin 1988-ci ildə İran zindanlarında minlərlə günahsız siyasi məhbusa ölüm hökmü çıxardığını xatırladaraq, onun həmin toplantıya qatılacağı təqdirdə həbs edilməsini və beynəlxalq məhkəmələrdə mühakimə olunmasını tələb ediblər.


“Times” qəzeti Şotlandiyanın Avropa Parlamentindəki keçmiş nümayəndəsi, mühafizəkar siyasətçi Struan Stevensonun dilindən yazıb ki, o Tehran cəlladının həbs olunması tələbi ilə yazılmış məktubu Şotlandiya polisinə təhvil verərək, insanlığa qarşı tərətdiyi cinayətlərə görə İbrahim Rəisiyə qarşı irəli sürülən ittihamların araşdırılmasını xahiş edib. 


Qeyd edək ki, İbrahim Rəisi prezident vəzifəsinə seçildikdən bu yana yalnız bir dəfə Tacikistana səfər edib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar