SON XƏBƏRLƏR

Fransa İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırdı

2022.12.13, 22:35
Fransa İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırdı

Gunaz.tv

Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiyanın Ukraynaya təcavüzündə İran hökumətinin rolu, İranda nümayişçilərə qarşı sərt tədbirləri və İranda saxlanılan 7 Fransa vətəndaşı ilə rəftarına görə İranın müvəqqəti işlər vəkilini çağırdığını bildirib.

Kolonna bu yaxınlarda bildirib ki, İran "qəddar repressiya siyasəti" yürüdür.

İranın Fransadakı müvəqqəti işlər vəkilinin çağırılması Avropa İttifaqı Şurasının və Böyük Britaniyanın dekabrın 12-i və 13-ü bir neçə İran vətəndaşı və qurumuna sanksiya tətbiq etməsindən sonra baş verir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar