SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində su ehtiyatı kəskin azalıb

2022.01.18, 11:33
Qərbi Azərbaycan əyalətində su ehtiyatı kəskin azalıb

Gunaz.tv

Yasir Rəhbərdin deyib ki, bölgədə yağıntının miqdarı normal olsa da, əyalət bəndlərində su ehtiyatı kəskin azalıb.

“Hal-hazırda Qərbi Azərbaycan əyalətinin bəndlərində mövcud olan su həcmi 555.5 milyon kubmetrdir. Ötən ilin oxşar dövründə bu 808 milyon kubmetrə bərabər idi.

Bununla da bu il bəndlərin su həcmi ötən ilə nisbətdə 31% azalıb”-deyə, Y.Rəhbərdin bildirib.

Əyalətdə yağıntılarında ötən ilin eyni dövrü ilə müqayisədə azaldığını bildirən Regional Su Şirkətinin başçısı bunun Urmu gölü su hövzəsində də müşahidə olunduğunu və gölün su həcminin azalmasına səbəb olduğunu bildirib.

Qeyd edək ki, son statistikaya görə, hal-hazırda Urmu gölünün sahəsi 2027 kvadrat kilometrdir.Bununla da ötən ilin oxşar dövrünə nisbətdə gölün sahəsi 1297 kvadrat kilometr kiçilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar