SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi ölkə üzrə orta göstəricidən aşağıdır

2022.05.31, 08:14
Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi ölkə üzrə orta göstəricidən aşağıdır

Gunaz.tv

O, beynəlxalq standartlara görə adambaşına düşən sahənin hər şagirdə 8 kvadratmetrdən çox olduğunu deyib, İranda adambaşına düşən təhsil sahəsinin bir şagirdə 5,22 kvadratmetr olduğu üçün İranın dünya üzrə orta göstəricilərdən geri qaldığını bildirib.

C.Cəngi bununla yanaşı əyalətdə idman sahələrinin çatışmadığını, Qərbi Azərbaycan əyalətinin bu sahədə ölkədə 31 əyalət arasında 30-cu yerdə olduğunu qeyd edib.

Qeyd edək ki, verilən rəsmi statistikaya görə, Qərbi Azərbaycan əyaləti təhsil göstəricilərinə görə İranda sonuncu yerlərdə qərarlaşıb. 

Bundan öncə bu barədə rəsmi məlumatlara istinad edərək Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Sepide Təyyib Qasimi açıqlama verib.

Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi  bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin başçısı Məhin Mənafi əyalətdə təhsil sahəsində hakim olan durumun qəbuledilməz olduğunu deyib.

Mənafi bu sahəyə əhəmiyyətli dərəcədə vəsait ayrılmadığını, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bunun 1.7 təşkil etdiyini bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar