SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021.12.02, 13:05
Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

Gunaz.tv


O, şəhər evlərindən birində bir neçə xarici vətəndaşın girov kimi saxlanıldığı barədə məlumat aldıqdan sonra əməliyyat keçirildiyini və girovların azad edildiyini iddia edib.


Məhəmmədzadeqan mənzildə aparılan axtarış zamanı xarici vətəndaşlara işkəncə vermək üçün müxtəlif avadanlıqların götürüldüyünü, saxlanılan şəxslərin məhkəmə orqanlarına təhvil verildiyini bildirib.


Qeyd edək ki, xarici vətəndaşlar, xüsusilə Əfqanistan və Pakistan vətəndaşları Türkiyə üzərindən Avropaya keçmək üçün Qərbi Azərbaycan əyalətinin ərazisindən istifadə edirlər.


Burada pul qarşılığında xariciləri qaçaq yollarla Türkiyəyə keçirən qanunsuz qruplar fəaliyyət göstərir və onların bir sırasının İran təhlükəsizlik orqanları ilə əlaqəli işlədikləri bildirilir.


C.E

 

Açıklama yok.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar