SON XƏBƏRLƏR

Ərdəbildə 300 min nəfər içməli su qıtlığı yaşayır

2021.10.20, 07:36
Ərdəbildə 300 min nəfər içməli su qıtlığı yaşayır

Gunaz.tv

Onun verdiyi məlumata görə, əyalətdə 400 kənddə içməli su problemi var. Ümumilikdə isə əyalətin 991 kəndindən 400-də su kəmərləri olmadığı və su qaynaqlarının quruduğu üçün 300 min nəfər içməli su qıtlığı yaşayır.

 Əlirza Nemət Sultani 18 səyyar su tankeri vasitəsilə kəndlərə içməli suyun çatdırılmasına çalışdıqlarını, ancaq bunun əhalinin suya olan tələbatının ödənilməsi üçün əhəmiyyətli təsir göstərmədiyini deyib.

“Qeyd olunan kəndlərin içməli su probleminin əsaslı həlli üçün 540 milyard tümən vəsaitə ehtiyac var. Ancaq yetərli budcə ayrılmadığı üçün içməli su çatışmazlığının həlli mümkün olmayacaq”-deyə, Əlirza Nemət Sultani bildirib.

Su və Kanalizasiya Şirkətinin başçısı İran prezidenti İbrahim Rəisinin Ərdəbil əyalətinə səfəri ərəfəsində su probleminin həlli ilə bağlı təqdim etmək üçün layihə hazırlanıb.

Kəndlərdə su çatışmazlığının aradan qaldırılması üçün üç su təchizatı komleksinin tikintisinə ehtiyac olduğunu deyən Sultani, iki il müddətində layihənin icrası üçün 350 milyard tümən budcənin lazım olduğunu və bunun prezident tərəfindən təsdiqlənməsinin lazım olduğunu söyləyib.

O, əyalətdə mövcud olan 30 şəhərdən 22 kiçik və yeni şəhərin normal su kəməri və kanalizasiya sisteminə malik olmadığını, maddi vəsait çatışmazlığı ucbatından su kəmərləri və kanalizasiya sistemlərinin qurulması layihələrinin dayandırıldığını və bəzi şəhərlərlə  bağlı hətta layihənin nəzərdə tutulmadığını  deyib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar