Ərdəbildə dərman çatışmazlığı yaşanır

29.08.2022, 05:43

Yerli sosial media fəallarının verdiyi məlumata görə, iki həftədir Ərdəbildə dərman çatışmazlığı şiddətlənib və apteklərin qarşısında izdiham yaranır.

Gunaz.tv Quote | Gunaz article

Məlumatda bir sıra adi dərmanların, o cümlədən antibiotiklərin tapılmadığı, vətəndaşların müraciətlərinə qaneedici cavab verilmədiyi bildirilib.

"Günlərdir yeddi aylıq uşaq üçün dərman axtarıram, ancaq hələ də heç bir aptekdə tapa bilməmişəm. 24 saat işləməli olan apteklər axşam saat 10-dan sonra bağlanır, bunu gərəkli dərmanların çatışmazlığı ilə əlaqələndirirlər.

İlgili qurumlara müraciətlərimiz cavabsız qalır və israr etdikdə koud davranışla üzləşirik"-deyə, ərdəbilli ata sosial mediadakı paylaşımında yazıb.

Fəallar problemlə bağlı müraciətlərə laqeyd yanaşıldığını, əlaqədar qurum və şəxslərin məsuliyyəti bir-birlərinin üzərinə atdığını qeyd ediblər.

Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb. 

Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur.

Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindən ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyacaq –Sülhməramlıların komandanından açıqlama-VİDEO

2022-12-05

gun az article

İran üçün təhlükə getdikcə artır – ABŞ kəşfiyyatı

2022-12-05

gun az article

İran parlamentinin Hüquq Komissiyasının üzvü həbs olunanlarla bağlı dəqiq məlumat olmadığını iddia edir

2022-12-05

gun az article

Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

2022-12-05

gun az article

Azərbaycan və Türkiyə İranla sərhəddə birgə hərbi təlimlərə başladı –VİDEO

2022-12-05

gun az article

İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

2022-12-05

gun az article

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

2022-12-05

gun az article

Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub

2022-12-05

gun az article

İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar

2022-12-05

gun az article

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

2022-12-05

gun az article

Amerikalı general: "İran Yaxın Şərqdə sabitliyi pozan əsas elementdir"

2022-12-04

gun az article

Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edib

2022-12-04

gun az article

Əhməd Obalı Ağalıya səfər edib

2022-12-04

gun az article

Zahidanda iki etnik bəluç edam edilib

2022-12-04

gun az article

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022-12-04

gun az article

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

2022-12-04

gun az article

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası keçirilib-FOTOLAR

2022-12-04

gun az article

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə gedib

2022-12-04

gun az article

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

2022-12-04

gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03