Saxlanılanların yaxınlarının verdiyi məlumata görə, 63 nəfər döyülüb və dindirildikdən sonra onlara aksiyaya qoşulmayacaqları ilə bağlı yazılı sənəd imzalatdırılıb və sərbəst buraxılıblar.
Məlumatda üçü qadın olmaqla 18 nəfərin Ərdəbil zindanına köçürüldüyü bildirilir.
Həbs olunanların yaxınları Ərdəbil təhlükəsizlik idarəsinin əməkdaşlarının onları saxlanılanlarla bağlı məlumatları ictimailəşdirməmək üçün təhdid etdiklərini qeyd ediblər.
Qeyd edək ki, mayın 13-2 yerli vaxtla saat 17:40-dan sonra başlayan aksiyaların qarşısını almaq üçün polis məmurları etiraza müdaxilə edərək aksiyaçılara qarşı zor işlədib.
Təhlükəsizlik gücləri rezin dəyənəklərdən istifadə edib.
Cavidan