SON XƏBƏRLƏR

Rejim Azərbaycan türkcəsinə İransayağı azadlıq verməyi düşünür

2021.10.20, 07:36
Rejim Azərbaycan türkcəsinə İransayağı azadlıq verməyi düşünür

Gunaz.tv

GünAz TV: İran rejimi azadlığın görüntüsünü yaradaraq, universitetlərdə Azərbaycan türkcəsinin tədrisinə guya şərait yaradacaq.

 

Təxmin etdiyiniz kimi ölkənin 35 milyon əhalisini təşkil edən millətin dili, uzun illərdən sonra əgər razılıq verilərsə, tam nəzarət altında tədris oluna bilər. Həmdə bu dərs ancaq könüllü tələbələr üçün nəzərdə tutulub. Buda özlüyündə türk dilinin önəmsiz göstərilməsinə yönəlmiş bir siyasətdir.

Aşağıdakı oxuyacağınız xəbər İran rəsmisinin guya Azərbaycan türklərinə verdiyi müjdədir.

 

“İran universitetlərində təhsil müddətində 1 semestr (term) Azərbaycan türkcəsi dərsləri tədris edilə bilər.

Bu barədə İran Ali Mədəniyyət Şurasının sədri Məhəmmədrza Moxber Dezfuli bildirib. Onun sözlərinə görə, İran universitetlərində 4 ay Azərbaycan dilinin tədris edilməsi mümkündür. Dərslərdə iştirak könüllü olacaq: “Tədris yalnız İran Ali Mədəniyyət Şurasının layihəsi çərçivəsində həyata keçirilə bilər. Dərslərə Fars dili və Ədəbiyyatı Mədəniyyət Mərkəzi də nəzarət etməlidir”.

Qeyd edək ki, İran Ali Mədəniyyət Şurası 2009-cu ildə universitetlərdə qeyri-fars dilinin tədrisi ilə bağlı layihə hazırlayıb. Azərbaycan, kürd, türkmən və bəluc dillərinin tədrisi üçün nəzərdə tutulan layihə hər seçkiqabağı gündəmə gətirilib müzakirə edilsə də, indiyədək həyata keçirilməyib.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar