SON XƏBƏRLƏR

Rəsmi Tehran Nüvə aliminin qətlini "Qərbdən İrana xəbərdarlıq" kimi qiymətləndirir!

2021.10.20, 07:36
Rəsmi Tehran Nüvə aliminin qətlini "Qərbdən İrana xəbərdarlıq" kimi qiymətləndirir!

Gunaz.tv

GünAzTv: İranın kəşfiyyat rəhbəri deyir ki, hüquq-mühafizə orqanları bazar ertəsi tanınmış bir nüvə aliminin bomba partlayışında qətli, o birisinin isə yaralanması ilə bağlı bir neçə şübhəlini həbs edib.

Dövlətə məxsus media Heydər Moslehiyə istinadən xəbər verib ki, həbslər ortaya yeni dəlillər çıxarıb ki, bu da əlavə həbslərə yol açıb. Moslehi bildirib ki, hücumlarda İsrail, Britaniya və ABŞ (Amerika Birləşmiş Ştatları) kəşfiyyat orqanlarının əli olub, lakin o, həbs edilənlərin bu agentliklərlə əlaqələri haqda heç nə deməyib.

Motosikletdə gedən bir neçə adam maşınında bomba yerləşdirdikdən sonra partlayış nəticəsində alim Məcid Şəhriyari həlak olub, həyat yoldaşı isə yaralanıb. Oxşar hücumda başqa alim də yaralanıb. İranın atom enerjisi məsələləri üzrə rəhbəri Əli Əkbər Salehi deyib ki, alimin qətli Qərbdən bir xəbərdarlıq olub. O, bunu “şər adamlar”ın Cenevrədəki danışıqlar ərəfəsində “öz xislətləri”ni göstərməsi kimi qiymətləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar