SON XƏBƏRLƏR

Rəsmi Tel-Əviv: “Borelin İrana səfərdən 1 gün sonra İsraili tənqid etməsi düşündürücüdür”

2021.10.20, 07:36
Rəsmi Tel-Əviv: “Borelin İrana səfərdən 1 gün sonra İsraili tənqid etməsi düşündürücüdür”

Gunaz.tv

GünAz TV: Rəsmi Tel-Əviv Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel İsraillə bağlı səsləndirdiyi son fikirlərə münasibət bildirib.

 

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Borelin İrana səfərdən 1 gün sonra İsraili tənqid etməsi düşündürücüdür.

 

XİN-in sözçülərindən biri qeyd edib ki, Cozef Borelin təhdid dili ilə danışması Avropa İttifaqının regionda olan nüfuzunu sual altında qoya bilər.

 

Xatırladaq ki, Cozef Borel bir neçə gün öncə bildirmişdi ki, Qərb Sahilinin bir hissəsinin İsrailə birləşdirilməsi Avropa İttifaqını reaksiya verməyə məcbur edəcək. O, həmçinin Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üçün irəli sürdüyü “Əsrin müamiləsi” layihəsini tənqid etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar