SON XƏBƏRLƏR

Rəşt Şəhər Şurasının rəisi azərbaycanlı millət vəkillərindən şikayət edib / Millət vəklilləri “Heyran gədiyi” ilə bağlı ziddiyyətli mövqe sərgiləyib! - VİDEO

2021.10.20, 07:36
Rəşt Şəhər Şurasının rəisi azərbaycanlı millət vəkillərindən şikayət edib / Millət vəklilləri “Heyran gədiyi” ilə bağlı ziddiyyətli mövqe sərgiləyib! - VİDEO

Gunaz.tv

GünAz TV: Bütün etirazlara baxmayaraq Gilan rəhbərliyinin Azərbaycana ərazi iddiası və “Heyran gədiyi”nin Ərdəbil Əyalətindən qoparılması ilə bağlı cəhdləri davam edir.

 

Son məlumata görə, Rəşt Şəhər Şurasının rəisi Əmir Hüseyn Ələvi “Heyran gədiyi”ni Gilan Əyalətinin bir hissəsi adlandıraraq Ərdəbil və Urmiyənin İran parlamentindəki millət vəkiləri Südeyif Bədri və Nadir Qazipurdan  parlamentə şikayət etdiyini bildirib.

 

Bu barədə Rəştin yerli mətbuatı, o cümlədən “Gil xəbər” agentliyi aprelin 17-də Şura rəisinə istinadən xəbər yayıb.

 

Deputatların rəftarına nəzarət qanununun 2-ci maddəsinə istinadən edilən şikayətdə azərbaycanlı millət vəkilləri “bölücü və nifaq salan açıqlamalar vermək”də günahlandırılıb.

 

Bundan əvvəl də Gilan məsulları, o cümlədən Şəhər Şurasının üzvü Rza Rəsuli və millət vəkilləri “Heyran gədiyi” hadisələrinə etiraz edən azərbaycanlıları ölkənin təhlükəsizliyinə qarşı çıxmaqda ittiham edərək təhlükəsizlik qüvvələrindən məsələyə müdaxilə etməsini tələb etmişdilər.

 

Yuxarıda adları çəkilən azərbaycanlı millət vəkilləri ötən günlərdə “Heyran gədiyi” hadisələrinə münasibət bildirmişdilər. Südeyif Bədrinin açıqlamasında bəzi çaşdırıcı məqamlar olsa da, hər iki millət vəkili “Heyran gədiyi”nin tarixini təhrif etməyi pisləşmişdir. Xüsusi ilə Nadir Qazipur yaydığı bir videoda Astaradan Kərəcə Azərbaycanın olduğunu təkidlə vurğulamışdır.

 

Ötən gün İran parlamentində aprelin 11-də keçirilən açıq iclasın videosu yayılıb. Videoda görünür ki, Astaranın millət vəkili Vəli Dadaşi öz çıxışında “Heyran gədiyi”ni “Astara heyranı” adlandıraraq bu ərazinin Astara və Gilan Əyalətinə aid olduğuna eyham vurub. Onun bu çıxışı nəinki azərbaycanlı millət vəkillərinin etirazına səbəb olmayıb, hətta bir çox millət vəkili tərəfindən alqışlanıb. Bəzi millət vəkilləri, o cümlədən Südeyif Bədri və Nadir Qazipur isə tribunaya tərəf gedərək Vəli Dadaşiyə ilə görüşüb, ona təşəkkür edərək üzünü öpüblər.

 

https://www.youtube.com/watch?time_continue=18&v=SptqU0REH2k

 

 

Bu video sosial şəbəkələrdə “Heyran gədiyi” hadisələrini izləyən azərbaycanlıları çox təəccübləndirib. Bir çoxları düşünür ki, Südeyif Bədri və Nadir Qazipur etirazları yatızdırmaq məqsədi ilə Gilan Əyaləti rəhbərliyinin ərazi iddialarını pisləmişdir, gün keçdikcə onların əsas məqsədi üzə çıxır.

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə çox sayda lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib. Bundan sonra azərbaycanlılar, xüsusi ilə də gənclər hərəkətə keçərək lövhələri qaldırıb vəya oxunmaz hala salıblar. Azərbaycana edilən ərazi iddisına qarşı etirazlar virtual aləmdə də genişlənməkdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar