SON XƏBƏRLƏR

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021.12.07, 15:03
Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

Gunaz.tv

Bunu Bakı Limanının Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

Departament müdirinin sözlərinə görə, koridorun açılması vaxta qənaətə və yüklərin daha sürətli daşınmasına səbəb olacaq. Məsafə qısaldıqca, paralel olaraq yanacaq sərfiyyatı da azalacaq”.

O qeyd edib ki, Zəngəzur koridorunun açılması Azərbaycan tırlarının Türkiyə ilə dövriyyəsinə böyük təkan verəcək:

“Türkiyənin Orta Asiya ilə 120 minlik tır dövriyyəsini 40 və ya 50 faizə çatdırmaq əsas hədəf olmalıdır. Yəni həmin dəhlizləri biz sıfırlaya bilmərik. Amma ölkəmizə cəlb etməklə tır dövrüyyəsinin sayını artıra bilərik. Belə olan halda digər ölkələr də rəqabət aparacaq”. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar