SON XƏBƏRLƏR

Urmu Gölünün Bərpası Qərargahı Nəzarət Qurumunun İdarə Heyətinin üzvləri seçilib

2022.08.22, 09:13
Urmu Gölünün Bərpası Qərargahı Nəzarət Qurumunun İdarə Heyətinin üzvləri seçilib

Gunaz.tv

İran parlamentində Urmu Gölünün Bərpası Qərargahının Yoxlanılma Qurumunun İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı keçirilən səsvermədə Təbrizin millət vəkili Ruhullah Mütəfəkkir Azad yeni araşdırma heyətinin başçısı, Soyuqbulaq (Mahabad) şəhərinin kürd əsilli nümayəndəsi Calal Mahmudzadə isə birinci müavin seçilib.

Bununla yanaşı Tehran nümayəndəsi Süməyyə Rəfii biriunci katib, Şəbistərin nümayəndəsi Cəfər Rasti və Urmunun nümayəndəsi Ruhullah Həzrətpur ikinci katib, Tehran nümayəndəsi Süməyyə Rəfii biriunci katib, Urmunun başqa millət vəkili Vəhid Calalzadə isə sözçü təyin edilib.

Adı çəkilən nümayəndələrlə yanaşı daha 9 millət vəkili qurumda üzv kimi təmsil olunurlar.

Verilən məlumata görə, araşdırma heyəti bu günə kimi Urmu gölünün bərpası üçün ayrılan vəsaitlərin məbləği, onların hara və necə xərclənməsi, aparılan işlərin necəliyi, bərpa qərargahının podratçı şirkətlər və şəxslərlə apardığı fəaliyyətlər və başqa bu kimi məsələləri araşdıracaq.

 Adı çəkilən heyətdə təmsil olunan Urmunun millət vəkili Ruhullah Həzrətpur bir müddət bundan öncə "Urmu Gölünün Bərpa Qərargahını, Urmu gölünün ölüm qərargahı" adlandırmışdı.

Onun dediyinə görə, gölün qurumasına 18 faiz iqlim dəyişikliyi, 82 faiz isə bərpa qərargahı səbəb olub.

Qeyd edək ki, İbrahim Rəisi hökuməti və ona bağlı cərəyan Urmu gölünün quruması da daxil olmaqla, bütün problemlərin öncəki hökumətdən miras qaldığını iddia edir.

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan isə bunun əksini deyir və İbrahim Rəisi hökuməti dövründə Urmu gölünün bərpası ilə bağlı bütün işlərin dayandırıldığını bildirir.

"Urmu gölünün bərpası üçün görülməkdə olan bütün işlər yeni hökumət dövründə dayandırılıb. Gölün bərpası üçün bu bir ildə heç bir büdcə ayrılmayıb. Prezidentin gölün bərpası ilə bağlı dediklərinin heç biri icra edilməyib"-deyə, Pezeşkiyan bir müddət öncə İran parlamentinin açıq iclasında çıxışı zamanı bildirib.

Pezeşkiyan Urmu gölünün siyasi oyunlar və hakimiyyət daxili qarşıdurmaların qurbanı olduğunu, b\qrup maraqlarının bərpa işlərini iflic etdiyini deyir.

Bir müddətdir "mühafizəkar" və "islahatçı" qanadlar arasındakı qarşıdurma Urmu gölünün quruması mövzusu ətrafında baş verir və tərəflər bir-birlərini ekoloji fəlakətin qarşısını almamaqda ittiham edirlər.

“Urmu Gölünün Bərpası Qərargahının Yoxlanılma” qurumuna seçilən nümayəndələrin hamısının İbrahim Rəisi və onun təmsil etdiyi mühafizəkar qanada yaxınlığı nəzərə alınarsa, qarşıdakı həftələrdə onlarla islahatçı qanada mənsub millət vəkilləri arasında gərginliyin dahada artacağını demək olar.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar