SON XƏBƏRLƏR

Urmu və Savalanda etiraz aksiyası keçirilib

2022.08.22, 03:55
Urmu və Savalanda etiraz aksiyası keçirilib

Gunaz.tv

Urmuda çevrə fəalları afişalar yayıb, vətəndaşların diqqətini ekoloji problemə cəlb etməyə çalışıblar.

Fəallar "Urmu gölünün quruması dünyada iqlim dəyişikliyinə səbəb olacaq" şüarı yazılmış afişalar yaymaqla gölün canlandırılması üçün yetərli addımlar atmayan məsullara etirazlarını bildiriblər.

Bununla yanaşı bir qrup dağçı və çevrə fəalı Urmu gölünün durumuna diqqət çəkmək üçün Savalan dağına yürüş edib, dağın zirvəsində aksiya keçiriblər.

"Urmu gölü səni yaşatmaq üçün hər an selə dönə bilərik" və digər şüarlar səsləndirən alpinistlər Azərbaycan milli mahnıları oxuyub, ekoloji problem barədə çıxışlar ediblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar