SON XƏBƏRLƏR

Urmuda terror təşkilatına yaxın jurnalist Azərbaycana qarşı ittihamlar səsləndirib-VİDEO

2022.03.31, 11:52
Urmuda terror təşkilatına yaxın jurnalist Azərbaycana qarşı ittihamlar səsləndirib-VİDEO

Gunaz.tv

O, urmulu millət vəkillərinin Azərbaycan Respublikasına qarşı danışmamalarına irad bildirib.

O, Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakirə ünvanladığı sualda Azərbaycan Respublikasının İranın strateji maraqlarına qarşı çıxdığını, bununla bağlı Zakir başda olmaqla başqa millət vəkillərinin susduqlarını iddia edib.

Yusifi Rad Azərbaycan Respublikasının adını təhrif edərək “Bakı Cümhuriyyəti” deyib və güney azərbaycanlı nümayəndələri Azərbaycana dəstək verməkdə ittiham edib.

Jurnalist Salman Zakirə səs verən və onu dəstəkləyənləri İlham Əliyev və Ərdoğanın tərəfdarları adlandırıb, Urmunun millət vəkilindən bununla bağlı açıqlama verməsini istəyib.

Qeyd edək ki, xüsusilə son illər İran hökuməti Güney Azərbaycan şəhərlərindən İran parlamentində təmsil olunan nümayəndələri Azərbaycan Respublikasına qarşı danışmağa məcbur edir.

Bununla bağlı yanvarın sonunda Biləsuvar şəhərinin İran parlamentindəki nümayəndəsi Şəkur Purhüseynin gizli səs yazısı yayılmışdı.

O, İranın Təhlükəsizlik Nazirliyinin azərbaycanlı millət vəkillərinə təzyiq göstərdiyini, onları Azərbaycan Respublikasına qarşı danışmağa məcbur etdiyini bildirib.

“ETTELAAT bizdən Azərbaycan Respublikası ilə bağlı tənqidi mövqe tutmağımızı, çıxış etməyimizi istəyir. Bu səbəbdən İran parlamentində təmsil olunan azərbaycanlı millət vəkilləri çətin durumdadırlar”- Purhüseynin bir neçə yerli jurnalistlə söhbətindən yayılan səs qeydində belə deyilir. 

Bununla yanaşı 44 günlük Vətən Müharibəsi zamanı bir sıra güneyli millət vəkillərinin Azərbaycan Ordusunun uğurları, Qarabağ torpaqlarının bir hissəsinin azad edilməsi ilə bağlı təbrik mesajları İran mediası. Hökumət və panfarsist cərəyanlara bağlı qurumlar tərəfindən kəskin tənqid edilib.

Onlar xüsusilə Əhməd Əlirzabeygi, Məsud Pezeşkiyan və Ruhullah Mütəfəkkir Azadı satqınlıqda ittiham edib, onların barəsində təhlükəsizlik nazirliyinin araşdırma aparmasını tələb ediblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar