SON XƏBƏRLƏR

"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

2022.06.29, 19:07
"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

Gunaz.tv

Kəleybər prokuroru Cavad Haqverdipur millətçilərin Babək qalasının və şəhərin turizm iqtisadiyyatına ziyan vurduqlarını iddia edir.

"Özünü mədəni fəal adlandıran və konstitusiyaya qarşı çıxan azsaylı etnosentrik insanlar hər il şəhəri siyasiləşdirir, insanların turizm sənayesindən faydalanma fürsətlərini məhv edirlər"-deyə, Cavad Haqverdipur bildirib.

O, vətəndaşlara müraciət edib və onları millətçi şəxslərin qarşısını almağa çağırıb.

Öncəki illərdə olan təcrübəyə əsasən Cavad Haqverdipurun bu müraciətinin Babək qurultayı zamanı qalaya çox sayda mülki geyimli məmurun "vətəndaş" adı altında gətiriləcəyindən xəbər verir.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar