SON XƏBƏRLƏR

Şərqi Azərbaycan və Ərdəbildə çox sayda kənd ətraf aləmdən təcrid olub

2022.03.23, 07:28
Şərqi Azərbaycan və Ərdəbildə çox sayda kənd ətraf aləmdən təcrid olub

Gunaz.tv

Bu barədə Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarələri məlumat yayıb. 

Məlumatda Ərdəbil əyalətində 250 kəndinin, Şərqi Azərbaycanın Əhər bölgəsində isə 40 kəndin yolunu açmaq mümkün olmadığı deyilir.

İdarə məsulları bunu güclü və davamlı qar yağması ilə əlaqələndirsə də, yerli sosial media istifadəçiləri yolların açılması üçün yetərli texnikanın olmadığını, cəlb olunan texnikaların isə çoxunun yararsız olduğunu yazırlar.

Ərdəbil əyalətinin Germi şəhərinin fərmandarı Hüseyn Molayi mediaya verdiyi açıqlamada 150 kəndin yolunun tamamilə bağlandığını deyib və sürücülərdən yola çıxmamağı xahiş edib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar