SON XƏBƏRLƏR

"Azərbaycan Respublikası ilə münaqişədən çəkinin"-Şərqi Azərbaycan valisindən İran mediasına çağırış

2022.01.11, 09:37
"Azərbaycan Respublikası ilə münaqişədən çəkinin"-Şərqi Azərbaycan valisindən İran mediasına çağırış

Gunaz.tv

“Azərbaycan Respublikası ilə tarixi və turizm imkanlarının tanıdılması üçün medianın birgə əməkdaşlığından fürsət kimi istifadə olunmalıdır.

Eyni zamanda regional və trans-regional düşmənlər tərəfindən hazırlanmış saxta media münaqişələrindən uzaq durmaq əsas məsələlərdən biridir”-deyə, Abdin Xurrəm bildirib.

 Vali bildirib ki, Azərbaycan Respublikası ilə gərginliyə səbəb ola biləcək məsələlərin media tərəfindən şişirdilməməlidir.
Onun szölərinə görə, Azərbaycan Respublikasına birləşən avtomobil və dəmir yolları layihələrini tamamlanması, malların daha rahat daşınması və rəsmiləşdirilməsi üçün gömrük prosedurlarının asanlaşdırılması zəruridir.

İranın Azərbaycan Respublikasndakı səfiri və Naxcıvan Muxtar Respublikasındakı baş konsulu ilə canlı video-konfransda çıxış edən Abdin Xurrəm deyib ki, keçmişdə İranın Azərbaycan Respublikası ilə yaxşı münasibətləri olub və bu indi də hər iki tərəf üçün əhəmiyyətli məsələlərdən biri sayılır.

Şərqi Azərbaycan valisi iki ölkə arasında olan gərginliyin aradan qaldırılmasının mümkün olduğunu bildirib.

“Qarabağın işğaldan azad edilməsindən sonra İranın texniki və mühəndislik şirkətlərinin bu regionda olması və onun yenidən qurulmasında rol oynaması üçün böyük fürsətdir”-deyə, bir daha İranın Qarabağda bərpa işlərinə qatılmaq arzusunu dilə gətirib.

İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi isə Azərbaycan Respublikası ilə İran arasında hər zaman yaxşı və dostluq münasibətlərinin olduunu iddia edib və İbrahim Rəisinin başçılıq etdiyi 13-cü dövlətin bu münasibətlərin dahada yaxşılaşdırılmasına çalışdığını deyib.  

“Şərqi Azərbaycan və Təbriz Azərbaycan Respublikasında daha çox tanınıb və bundan iki ölkə arasında münasibətlərin genişləndirilməsi və möhkəmlənməsi üçün istifadə etmək lazımdır”-deyə, səfir bildirib.

Qeyd edək ki, Şərqi Azərbaycan valisi Abdin Xurrəmin regional və trans-regional düşmənlərin təsir dairəsində olan media qurumlarının iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə çalışması ilə bağlı iddiası ilk növbədə İran mediasına aiddir. 

İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə İran hökumətinin rəsmi və qeyri-rəsmi media qurumlarının Azərbaycan Respublikasına qarşı düşmən mövqedə olub və güclü və əks-təbliğat aparıb.

Qeyd edək ki, İran mediasında Azərbaycan Respublikasına qarşı bu gün də qonşuluq münasibətlərinə uyğun olmayan əks-təbliğat davam edir.

Görünür, valinin iddia etdiyi trans-milli düşmənlər İran mətbuatını öz təsir dairəsində saxlayır, onun imkanlarından öz maraqları doğrultusunda geniş istifadə edir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar