SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisini döyən SEPAH komandri işgəncə verilir

2021.10.30, 11:36
Şərqi Azərbaycan valisini döyən SEPAH komandri işgəncə verilir

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı oktyabrın 23-də Şərqi Azərbaycan əyalətinin yeni valisinə hücum edən SEPAH komandirindən məcburi etiraflar almaq üçün işgəncə edildiyi barədə xəbər yayıb.

Valiyə hücum edən polkovnik Əyyub Əlizadənin yaxınları onun məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması üçün girov qoyulmasına baxmayaraq, azadlığa buraxılmadığı, məcburi etiraf verməsi üçün döyülüb və işgəncə edildiyini bildiriblər.

“Polkovnik Əyyub Əlizadənin işinə hərbi məhkəmədə baxılır. Onun azadlığa çıxması üçün 300 milyon tümənlik girov qoyulmasına baxmayaraq sərbəst buraxılmır. Onu işgəncə edir və hücumun şəxsi zəmində baş verdiyi ilə bağlı etiraf almaq istəyirlər”-deyə, İran İnsan Haqları Təşkilatına verdiyi xəbərdə bildirilir.

Əyyub Əlizadənin harada saxlanılması ilə bağlı rəsmi məlumat verilməsə də, bəzi məlumatlı mənbələrin bildirdiyinə görə, o, İran İslam İnqilab Keşikçilərinin Təbrizdə yerləşən istintaq təcridxanalarından birində saxlanılır və ailəsi ilə telefon əlaqəsi saxlamaq hüququndan məhrumdur.

Qeyd edək ki, oktyabrın 23-ündə İranın daxili işlər naziri Əhməd Vəhidinin iştirakı ilə Təbrizdə keçirilən mərasimdə Şərqi Azərbaycanın valisi döyülüb.

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan vali Zeynəlabdin Rəzəvi Xurrəmi döyən Əyyub (Cəfər) Əlizadə də SEPAH komandiridir.

Valiyə hücum edən şəxsin və digər SEPAH komandirlərinin açıqlamaları göstərir ki, insident İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində yaranan qarşıdurma və ixtilafların nəticəsidir.

Valini döyən polkovnik Əyyub Əlizadə yayınladığı yazılı açıqlamada etdiyi əməldən peşman olmadığını bildirib, valini munafiq, sistemə qarşı gedən xain adlandırıb.

“Ümid edirəm ki, məni məhkəməyə verərlər və bu vasitə ilə mənə sənəd və faktlarla Zeynəlabdin Rəzəvi Xurrəmin şəhidlərin qanına və rəhbərliyə qarşı xəyanətini sübut etmək imkanı yaranar”-deyə, o, bildirib.

Açıqlamada Əlizadə yeni valini korrupsiyada, oğurluqda, dövlətin və xalqın sərvətini talamaqda günahlandırıb. Bildirib ki, vali oğurladığı pullarla  özü və həyat yoldaşının adına İstanbul və Ankarada luks evlər, əmlaklar alıb.

O, eyni zamanda SEPAH komandirlərindən olan yeni valini əxlaqsızlıqda ittiham edib.

Bu məsələ mediada İran İslam İnqilab Keşikçilərinin rəhbərliyi daxilində qarşıdurma və iki tirəliyin yaranması barədə növbəti fakt kimi yayınlanıb.

Tehran rəsmiləri və “Sepah” rəhbərliyi mövcud ixtilafların mətbuata sızması və ictimailəşdirilməsindən narahatlıqlarını ifadə edən açıqlamalar veriblər.

Məsələ ilə bağlı səsli açıqlama yayan İran İslam Keşikçiləri Korpusunun Şərqi azərbaycan əyalətində olan “Aşura” briqadasının komandirlərindən biri polkovniki Seyid Cavad Məhəmmədi isə mövzunun şişirdilməsini düzgün saymayıb. O, bunu “düşmən dəyirmanına su tökmək" adlandırıb.

Cavad Məhəmmədi bildirib ki, bundan öncə SEPAH-ın Şərqi Azərbaycandakı “Aşura” briqadasına yeni vali ilə birgə fəaliyyətlərində problemlər yarandığı üçün bölmədən ayrılması barədə müraciət etdiyini bildirib.

Cavadi SEPAH-da olan ixtilafların mətbuata çıxması və ictimailəşdirilməsini yolverilməz adlandırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar